...

Microsoft Windows piratları ilə mübarizəni sərtləşdirəcək

Dünya xəbərləri Materials 11 Avqust 2006 14:55 (UTC +04:00)

Microsoft şirkəti payızda "Əsilliyin üstünlüyü" antipirat kampaniyası strategiyasını dəyişmək niyyətindədir.

Trend "Cnews"a istinadən xəbər verir ki, hazırkı strategiya Windows və Office proqramlarının Microsoft-un saytından yüklənməsi zamanı lisenziyalı olub-olmamasını yoxlamağı tələb edir. Bu, Iista-nın buraxılmasına qədər yeganə tədbirdir. Payızda elan olunacaq yeni strategiya isə iki istiqamətdə olacaq: məhsulun koduna əlavə yoxlama vasitələri daxil edilməsi və piratçılıq təhlükəsinin olduğu yerlərdə yüksək nəzarət.

Yeni strategiyanın təffərruatı hələ açıqlanmır. "Biz əsil Windows-un saxtadan fərqlənməsi üçün çox işlər görməyi təklif edirik" - deyə müştəri Windows-ların marketinqi üzrə rəhbər Maykl Sivert Ümumdünya Windows Tərəfdaşlıq Konfransında bildirib.

Xəbər lenti

Xəbər lenti