...

Bu gün Tbilisi-Axalkalaki dəmir yolunda hərəkət bərpa olunacaq

Dünya xəbərləri Materials 14 Avqust 2006 11:02 (UTC +04:00)

Üç günlük fasilədən sonra bu gün Tbilisi - Axalkalaki qatarının hərəkəti bərpa olunacaq. "Gürcü dəmir yolu" MMC-nin baş direktoru İrakli Yezuqbayın Trend in Tbilisidəki xüsusi müxbirinə bildirdiyi kimi, bu, iki aylıq bərpa işlərindən sonra mümkün olub.

Bu istiqamətdə qatarların hərəkəti texniki nasazlıqlar səbəbindən dayandırılmışdı. Bərpa işləri zamanı 30 kilometrlik Marabda-Axalkalaki hissəsi, eləcə də körpülər təmir edilib.

"Yük qatarlarına gəldikdə isə, bu, bizim üçün strateji əhəmiyyətə malikdir. Buna görə də, biz bu istiqamətin bərpası üçün mərhələlərlə sərmayə qoyacağıq", - deyə İ.Yezuqbay bəyan edib.

Xəbər lenti

Xəbər lenti