...

Sabah Yanukoviç Ukrayna diasporunun nümayəndələri ilə görüşəcək

Dünya xəbərləri Materials 18 Avqust 2006 18:36 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko bildirib ki, şənbə günü, avqustun 19-da baş nazir Viktor Yanukoviç bu günlərdə Kiyevdə keçirilən ukraynalıların II Ümumdünya forumunun iştirakçıları ilə görüşəcək.

Bu barədə o, cümə günü forumda çıxış edərkən bildirib.

"Sabah siz Ukraynanın baş naziri ilə görüşəcəksiniz", - deyə dövlət başçısı bildirib. O, forum iştirakçılarından baş nazirlə sosial-iqtisadi xarakterli məsələləri müzakirə etməyi xahiş edib. Bu barədə Trend ForUm-a istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti