...

Gürcüstan İranla ticarət münasibətlərini dərinləşdirmək niyyətindədir

Dünya xəbərləri Materials 22 Avqust 2006 18:02 (UTC +04:00)

Gürcüstan onunla İran arasında sərbəst ticarətin təşkili üçün sazişin hazırlanması haqqında İranla danışıqlara başlayıb.

Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze jurnalistlərə bildirib ki, İran Gürcüstan üçün maraqlı satış bazarıdır.

Sentyabr ayında İranda iqtisadi məsələlər üzrə hökümətlərarası ikitərəfli görüş keçiriləcək. Tərəflərin toplantıda bu məsələni də müzakirə edəcəkləri istisna olunmur. Sazişi hazırlamaq arzusu böyükdür, həm də Gürcüstan bu məsələdə yaxşı təcrübəyə malikdir, çünki, nazirin bildirdiyi kimi, Tbilisi Avropa İttifaqı, MDB ölkələri və Türkiyə ilə bu cür sazişlər hazırlayıb.

İrakli Çoqovadzenin bəyan etdiyi kimi, İran gürcü məhsulunun orada irəliləməsi üçün yaxşı bazardır. İstisna edilmir ki, Gürcüstan İrandan maşın və aqreqatlar idxal edir, Gürcüstanda onlardan məhsul hazırlanır, sonra həmin məhsul yalnız İrana deyil, həm də bölgənin digər ölkələrinə də ixrac olunur.

Xəbər lenti

Xəbər lenti