...

GUAM və ABŞ birgə antiterror təlimlərini Odessada keçirəcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2006 17:50 (UTC +04:00)

Sentyabrın 17-də Odessada "Raf end Redi 2006" beynəlxalq təlimləri başlanacaq və burada Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova və ABŞ-dan 250-dən çox mütəxəssis iştirak edəcək. Bu barədə Ukraynanın FHN-nin mətbuat xidməti bildirib.

Trend KAVKAZ-PRESS-ə istinadən xəbər verir ki, təlimlərin məqsədi mümkün terror aktları səbəbindən fövqəladə hallar yaranan zaman və onların nəticələrinin aradan qaldırılması zamanı GUAM-ın iştirakçı dövlətlərinin və ABŞ-ın Milli qvardiyasının qəza-xilasetmə bölmələrinin ümumi fəaliyyətinin üzərində işləməkdən ibarətdir.

Məşqlər üç təlim obyektində keçəcək. Acalık limanının akvatoriyası ("Cənub" dəniz neft terminalı), "Razdolnaya" dəmir yolu stansiyasından hərəkət edəcək qatar, həmçinin Yujnoye şəhərinin avtonəqliyyat müəssisəsinin binası "terror aksiyaları"na məruz qalacaq.

Xəbər lenti

Xəbər lenti