Yaxın vaxtlarda Gürcüstanın Müdafiə Nazirliyində heç bir kadr dəyişikliyi planlaşdırılmır. Trend in xəbər verdiyi kimi, avqustun 8-də ölkənin müdafiə idarəsi bununla bağlı xüsusi bəyanat yayıb.
Nazirlikdən "Novosti-Qruziya" agentliyinə verilən məlumata görə, yaxın vaxtlarda idarədə, xüsusilə SQ Baş Qərargahında heç bir kadr dəyişikliyi baş verməyəcək.
Bəyanat bu günlərdə KİV-in nazirlikdəki mənbələrə istinadən Baş Qərargah rəisi Levan Nikoleişvilinin Fransaya oxumağa getməsi ilə əlaqədar onu öz müavini Zaza Qoqavanın əvəz edəcəyi ilə bağlı məlumat yayması səbəbindən verilib.