...

Qazaxıstanın əmək naziri: Daxili nəzarət sistemi korrupsiyanın qarşısını almağa kömək edəcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2006 17:18 (UTC +04:00)

Qazaxıstan Əmək və Əhalinin Sosial Yardım Nazirliyinin daxili nəzarət sistemi tərəfindən aparılmış yoxlamaların nəticələrinə əsasən, son üç il ərzində 60 nəfər işdən azad edilib. Trend in "Kazinform"a istinadən xəbər verdiyi kimi, bu barədə bu gün nazirliyin kollegiya iclasından sonra əmək naziri Güljana Karaqusova məlumat verib.

G. Karaqusova bildirib ki, Pensiyaların Ödənişi üzrə Dövlət Mərkəzinin (PÖDM) Almatı şəhəri üzrə filialı tərəfindən aparılmış yoxlamalar nəticəsində nəinki pensiya və müavinətlərin təyin olunması ilə bağlı pozuntular, həm də təqaüd işlərinin itirilməsi faktları aşkarlanıb. Bu günə qədər 2 minə yaxın iş hələ də bərpa olunmayıb. PÖDM-in Astanadakı filialı tərəfindən aparılmış yoxlamalar zamanı isə 1,9 mln. tenge məbləğində əsaslandırılmamış ödəmə faktı aşkarlanıb.

"Biz özümüz bu pozuntuları aşkarlayırıq. Nə bir maliyyə polisi, nə də bir prokurorluq bunu aşkar edə bilməyib", - deyə nazir bildirib. "Nazirliyin əməkdaşları sistemə bələddirlər", - deyə o izah edib. G. Karaqusovanın sözlərinə görə, yoxlamalara yalnız nazirliyin deyil, onun regional bölmələrinin işçiləri də cəlb olunurlar.

Bütün aşkar olunmuş faktlar üzrə materiallar maliyyə polisinə və Baş Prokurorluğa təqdim olunub.

Xəbər lenti

Xəbər lenti