...

Rəcəb Tayib Ərdoğan: Türkiyə üçün əsas problemi Ermənistan diasporu yaradır

Dünya xəbərləri Materials 4 Oktyabr 2006 11:20 (UTC +04:00)

ABŞ-da səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan türk icmasının nümayəndələri ilə görüşü zamanı vurğulayıb ki, ölkə üçün əsas problemi erməni diasporu yaradır.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Türkiyə hökuməti başçısının sözlərinə əsasən, dini liderlər, QHT nümayəndələri və Türkiyədəki erməni əsilli vətəndaşların problemi yoxdur.

Hökumət müntəzəm olaraq onlarla görüşlər keçirir.

Sualları cavablandıran T.Ərdoğan qeyd edib ki, Türkiyədə müəyyən sayda erməni qeyri-leqal yaşayır və işləyir. Ancaq onların sayı o qədər də çox deyil.

Xəbər lenti

Xəbər lenti