...

Lavrov: BMT Təhlükəsizlik Şurasının İran üzrə heç bir qətnamə layihəsi yoxdur

Dünya xəbərləri Materials 7 Oktyabr 2006 12:13 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurasının İran nüvə proqramı üzrə heç bir qətnamə layihəsi yoxdur, "heç bir sənəddə təkliflər mövcud deyil". Bu barədə RF XİN başçısı Sergey Lavrov bildirib.

"Heç kim indi Şurada səsverməni nəzərdə tutmur", - deyə o vurğulayıb. Lavrovun sözlərinə görə, mövqeyimiz bundan ibarət olacaq ki, istənilən addımlar İranın cəzalanmasın, onun təcrid olunmasına deyil, danışıqların yaxınlaşmasına yönəldilsin. Bu, böhranı artıracaq və yayılmamaq rejiminin saxlanmasına dair riskləri gücləndirəcək.

Trend İTAR-TASS-a istinadən xəbər verir ki, Rusiya XİN başçısının sözlərinə görə, istənilən əlavə addımlar müstəsna olaraq İranın "altılığın" təkliflərini qəbul etməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti