...

Ukrayna hərbçiləri İtaliyaya yola düşüb

Dünya xəbərləri Materials 9 Oktyabr 2006 16:32 (UTC +04:00)

Baş qərargah rəisi Vyaçeslav Kiriçenkonun başçılığı ilə Ukrayna Silahlı qüvvələri komandanlığının nümayəndə heyəti bazar ertəsi başlanan Romaya üçgünlük səfəri zamanı italyan həmkarları ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Bu barədə Trend ForUm -a istinadən xəbər verir.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, danışıqlar zamanı baş qərargah rəisləri iki öləkinin silahlı qüvvələrinin inkişafı üzrə təcrübə mübadiləsi aparacaq, Ukrayna və NATO-nun əməkdaşlıq vəziyyətini müzakirə edəcəklər.

Hər iki dövlətin silahlı qüvvələrinin bölmələrinin sülhün dəstəklənməsi əməliyyatlarında iştirakına böyük diqqət veriləcək.

Xəbər lenti

Xəbər lenti