...

Türkiyə banklarında xarici kapital 15% təşkil edib

Dünya xəbərləri Materials 21 Oktyabr 2006 11:12 (UTC +04:00)

Bu barədə dövlət naziri Abdulətif Şener Türkiyə KİV-ləri qarşısında çıxış edərkən bildirib. Dövlət nazirinin məlumatına görə, Bankların nəzarəti və tənzimlənməsi üzrə dövlət Müfəttişliyi (BDDK) tərəfindən həyata keçirilmiş son satışları nəzərə almaqla, Türkiyənin bank sistemində xarici maliyyə həcmləri ümumi maliyyə vəsaitlərinin 15%-ni təşkil edir. Birja vəsaitlərini nəzərə almaqla, ölkənin maliyyə sistemində yığılmış xarici kapitalın ümumi həcmi 31%-ə çatıb.

Trend in Ankaradakı xüsusi müxbirinin verdiyi məlumata görə, A.Şener vurğulayıb ki, bu cür templərlə Türkiyənin bank sektorunda xarici kapitalın həcmi 30%-ə qədər artacaq. Bu ilin 8 ayı ərzində ölkə iqtisadiyyatına birbaşa xarici kapital qoyuluşu 12 milyard dollar təşkil edib, bu ilin sonunadək isə 17-20 milyard dollara çata bilər. O qeyd edib ki, xarici investorlarda ölkənin bank sektoruna yüksək diqqət müşahidə olunur.

Yerli müşahidəçilərin qeyd etdiyi kimi, ölkədə xarici bank strukturlarının təsirinin artması ölkənin müxtəlif dairələrində təşvişə səbəb olur. Son zamanlar Türkiyənin bank sektorunun 12%-nə nəzarət edən, ölkənin ən böyük banklarından biri olan Akbank 20% payını xarici Citigroup-a satıb. Ölkədə Yunanıstanın maliyyə strukturlarının fəallaşması ilə bağlı xüsusi təlaş var. Bu strukturlar Türkiyənin bank bazarına daxil olmaq üçün AB meyarları çərçivəsində Türkiyə iqtisadiyyatının liberallaşdırılması siyasətində istifadə edir. Belə ki, National Bank of Greece bu yaxınlarda Finansbankı, Eurobank isə -Türkiyənin Tekfenbankını alıb. Hazırda Yunanıstanın Alpha Bank-ı Türkiyə banklarından birini almaq üçün danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti