...

Corc Buş İraqda aparılan hərbi kampaniyanın nəticələrindən narazıdır

Dünya xəbərləri Materials 26 Oktyabr 2006 14:14 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş ölkəsinin İraqda apardığı hərbi kampaniyanın nəticələrindən narazıdır. ABŞ administrasiyasının rəhbəri bu barədə gələn il noyabrın 7-də ABŞ-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Ağ Evdə çıxışında bildirib. Bu barədə (S) Associated Press xəbər verir. C.Buş qeyd edib ki, bir çox amerikalıların İraqdakı vəziyyətdən narazı olması ona məlumdur". "Mən də vəziyyətdən narazıyam ", - deyə prezident bildirib.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, C.Buşun fikrincə, ABŞ İraqda son qələbəyədək hərbi kampaniya aparmalıdır. Bu, dünya terroru ilə müharibədə mühüm addımdır. "Biz artıq İraqda qalib gəlirik və gələcəyik. Məqsədimizə çatmayana qədər İraqdan getməyəcəyik", - deyə C.Buş vurğulayıb. "Amerika qoşunlarının İraqdan çıxarılmasının müəyyən edilmiş tarixləri mənim üçün məğlubiyyətlə razılaşmaq deməkdir", - deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti