XİN başçısı: Qazaxıstan MDB-nin yubiley sammitini ölkədə keçirməyi təklif etməyib
Qazaxıstanın xarici işlər naziri Kasımjomart Tokayev xəbər verib ki, rəsmi Astana Birliyin yaradılmasının 15 illiyinə həsr olunmuş MDB sammitini respublikada keçirməyi təklif etməyib.
"Belə bir təklif olmayıb. MDB-nin 15 illiyi - bayram ediləcək hadisə deyil", - deyə K.Tokayev cümə günü dərc olunmuş "Panorama" həftəliyinə verdiyi müsahibəsində bildirib.
Məlum olduğu kimi, Qazaxıstan hazırda MDB-də sədrdir. Bu barədə Trend İNTERFAKS-KAZAXSTAN-a istinadən xəbər verir.