Gürcüstan prezidenti Mixail Saakaşvili 2006-cı il noyabrın 28-də Minskdə keçirilməsi planlaşdırılan Müstəqil Dövlətlər Birliyinin ölkə başçılarının sammitində iştirak etmək niyyətindədir.
Sammit çərçivəsində Gürcüstan və Rusiya prezidentlərinin görüşü keçiriləcək və ölkələr arasında yaranmış qarşılıqlı münasibətlər, eləcə də təbii qazın qiymətinin artması haqqında məsələ müzakirə olunacaq. Bu barədə Trend Gürcüstan Online saytına istinadən xəbər verir.
İlin sonunadək təxminən dekabr ayında Astanada prezidentlərin daha bir sammiti keçiriləcək. Astanadakı sammit MDB-nin 15 illiyinə həsr olunub.