...

Buş admnistrasiyası Cənubi Osetiyadakı referendumu tanımır

Dünya xəbərləri Materials 14 Noyabr 2006 11:56 (UTC +04:00)

ABŞ-ın dövlət departamenti yenidən elan edib ki, Buş admnistrasiyası Cənubi Osetiyadakı referendumu tanımır.

"Xeyr, biz düşünmürük ki, bu referendum adlanır". Bu haqda jurnalistlərə bazar ertəsi Vaşinqtonda dövlət departamentinin rəsmi nümayəndəsi Şon Makkormak bəyan edib.

Trend Ria Novostiyə istinadən xəbər verir ki, o, hələ 8 noyabrda Amerikanın xarici siyasət idarəsinin ABŞ-ın 12 noyabrda Gürcüstanın Cənubi Osetiya regionunda keçirilən "istiqlaliyyət referendumu" və eyni zamanda "prezident" seçkilərini tanımadığı haqqında bəyanat yaydığını xatırladıb.

"ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyüni dəstəkləyir. Beynəlxalq birlik açıq aydın elan edib ki, Cənubi Osetiya Gürcüstanın bir hissəsidir". Makkormakın sözlərinə görə o zaman yayılan sənəd qüvvədədir.

"Biz Sxinvali və Tiflisi məsələnin sülh yolu ilə həllini tapmaq üçün birbaşa danışıqlara başlamağa çağırırıq ki, bu zaman vahid Gürcüstanın beynəlxalq aləmdə tanınmış sərhədləri tərkibində Cənubi Osetiyaya kifayət qədər muxtariyyət verməklə satusu müəyyən edilsin". Bu haqda dövlət departamentinin bəyanatında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti