58 yaşı tamam olmuş Böyük Britaniya şahzadəsi Çarlz hədiyyə olaraq ölkənin silahlı qüvvələri tərəfindən poqonuna 4-cü ulduzu alıb. Bu o deməkdir ki, Britaniya taxtının varisi ordu generalı, kral donanmasının admiralı və kral hərbi-hava qüvvələrinin marşalıdır. Bu barədə Reuters xəbər verir.
"Biz şahzadənin xidmətdə irəliləməsində öz yaş qrupundan geridə qalmamasına nəzarət edirik", - deyə Böyük Britaniyanın Müdafiə Nazirliyində Çarlzın yeni rütbəsini şərh ediblər.
Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, Britaniya şahzadəsinin hərbi karyerası 1971-ci ildə Kral hərbi-hava kollecindən başlayıb. Yarım illik təhsildən sonra Çarlz atasının yolu ilə gedərək donanma üzərində seçim edib və burada HMS Bronington minaaxtaran kapitan vəzifəsinədək yüksəlib. 9 aydan sonra taxtın varisi ehtiyata buraxılıb.
Çarlzın iki oğlu Vilyam və Harri də hərbçidir.