...

"Böyük səkkizlik" ölkələri XİN başçıları Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər

Dünya xəbərləri Materials 12 Dekabr 2006 21:09 (UTC +04:00)

İtaliya XİN rəhbəri Massimo Dalema bəyan edib ki, "Böyük səkkizlik" ölkələrinin xarici işlər nazirləri və onların Əfqanıstandan və Pakistandan olan həmkarları yaxın vaxtlarda bölgədəki vəziyyəti müzakirə etmək üçün toplaşacaqlar. Bu barədə Trend RİA-ya istinadən xəbər verir.

Bu bəyanatı Dalema çərşənbə axşamı parlamentin yuxarı palatasının müdafiə və xarici siyasət üzrə komissiyasının qarşısında çıxış edərkən edib.

"Yaxın həftələr ərzində taliblərin əməliyyatlarına qarşı mübarizə və təhlükəsizliyin təmininə açar olan bu iki ölkənin əməkdaşlığı ətrafında yaranmış situasiyanı müzakirə etmək üçün toplaşacağıq"- deyə nazir bildirib. İtaliya XİN noyabrdan Əfqanıstan üzrə beynəlxalq konfransın çağırılmasını təklif edir. Hazırda iki mindən artıq italiyalı hərbçi Kabulda və ölkənin cənubunda yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti