...

Google ilk dəfə auditoriyasının ölçüsünə görə Yahoo saytını geridə qoyub

Dünya xəbərləri Materials 23 Dekabr 2006 13:41 (UTC +04:00)

Amerikanın internet-giqantı Google Inc. öz tarixində ilk dəfə saytlara daxi olma sayına görə öz başlıca rəqibi Yahoo Inc.-i geridə qoyub.

Bu gün ComScore araşdırma şirkətinin dərc etdiyi məlumatlara əsasən, 2006-cı ilin noyabr ayında Google axtarış saytına 475,7 mln. nəfər daxil olub, bu isə bir il əvvəlkindən 9,1% çoxdur. Yahoo auditoriyasının artımı 475,3 mln. nəfər - 5,2% təşkil edib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

ComScore ekspertləri qeyd edirlər ki, Google öz populyarlığının artmasına görə ilk növbədə xarici auditoriyaya borcludur. Birləşmiş Ştatların özündə əvvəlki kimi ən populyar axtarış sistemi Yahoo olaraq qalır.

Buna baxmayaraq, hər iki şirkət hələ proqram təminatı istehsalında dünya lideri Microsoft Corp. şirkətinin saytından geridə qalırlar. Nyoabr ayında ora 501,7 mln. nəfərin daxil olduğu qeydə alınıb.

2006-cı ilin əvvəlindən Yahoo səhmləri 35% ucuzlaşıb, Google səhmləri isə 9,8% bahalaşıb.

Xəbər lenti

Xəbər lenti