...

Türkiyə prezidenti İtaliyada səfərdədir

Dünya xəbərləri Materials 10 Yanvar 2007 11:09 (UTC +04:00)

Türkiyə prezidenti Əhməd Necat Sezərin İtaliyaya rəsmi səfəri davam edir. Romanın "Çiampina" hərbi aeroportunda enmiş prezident İtaliyanın nəqliyyat naziri Alesandro Biançi, eləcə də həmin ölkədə olan Türkiyə diplomatik korpusunun nümayəndələri tərəfindən qarşılanıb.

Trend in Ankara müxbiri xəbər verir ki, prezidentin yüksək səviyyəli görüşlər çərçivəsində ölkələr arasında ikitərəfli münasibətlərin vəziyyətini, eləcə də Türkiyənin Aİ-yə qəbul edilməsi prosesini müzakirə edəcəyi gözlənilir. Məlumdur ki, İtaliya Türkiyənin Aİ-yə qəbul edilməsinə dəstək verir.

Xəbər lenti

Xəbər lenti