...

Yunanıstanda 45 qeyri-leqal immiqrant saxlanılıb

Dünya xəbərləri Materials 16 Yanvar 2007 18:28 (UTC +04:00)

Yunanıstanda qanunsuz şəkildə Samos adasına düşürdülmüş 45 qeyri-leqal immiqrant saxlanılıb. Onlar Türkiyədən gəliblər. Trend RBK-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Ticarət Donanması Nazirliyindən məlumat verilib.

Hər il minlərlə qeyri-leqal immiqrant, əsasən də Asiya və Afrika ölkələrinin vətəndaşları dənizdən Yunanıstana keçməyə çalışırlar. Onlar özlərinə iş tapmaq üçün oradan Avropanın başqa ölkələrinə gedirlər. Bu barədə (C) Associated Press məlumat verir.

Xəbər lenti

Xəbər lenti