...

British Airways öz əməkdaşlarına dini simvollar gəzdirməyə icazə verib

Dünya xəbərləri Materials 20 Yanvar 2007 12:50 (UTC +04:00)

British Airways Britaniya aviaşirkəti öz əməkdaşlarına dini simvollar gəzdirməyə icazə verib. İndi BA-nın işçiləri pencəklərinin yaxasına xristian xaçları, David ulduzu və başqa dini simvollar taxa və yaxud boynundan asa bilər.

Bu qərarın qəbul edilməsindən əvvəl Britaniya aviaşirkəti Böyük Britaniyadakı müxtəlif dini qruplarla, həmçinin katolik və anqlikan kilsəsi ilə, Böyük Britaniyadakı Müsəlman Şurası ilə məsləhətləşmələr keçirib. Bu barədə Trend RBK-a istinadən xəbər verir.

BA rəhbərliyini bu addıma şirkətin işçisi Nadi Evaydanın boynundan xaç asdığına görə şirkətdən qovulması ilə bağlı qalmaqal məcbur edib. N. Evayda Xitrou aeroportunda işləyib. İşdən çıxarıldıqdan sonra o, bəyan edib ki, dini prinsiplərinə görə diskriminasiyaya məruz qalıb. Bu barədə Associated Press xəbər verib.

Xəbər lenti

Xəbər lenti