...

RF-nin Gürcüstandakı səfiri bazar ertəsi Tbilisiyə qayıdacaq

Dünya xəbərləri Materials 20 Yanvar 2007 14:08 (UTC +04:00)

Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko bazar ertəsi, yanvarın 22-də Tbilisiyə qayıdır və iki ölkənin münasibətlərində olan problemlərin tezliklə nizamlanacağına ümid edir.

"Mən işləmək və münasibətləri inkişaf etdirmək əhvalı ilə qayıdıram. Biz Gürcüstanla qarşılıqlı münasibətlərin qurulmasında maraqlıyıq", - deyə Vyaçeslav Kovalenko "İnterfaks"a bəyan edib.

Rusiya prezidenti Vladimir Putin ötən cümə axşamı Vyaçeslav Kovalenko ilə görüşüb.

Vladimir Putin görüşdə Gürcüstanla münasibətlərdə olan problemlərin nizamlanmasına nail olmaq niyyətini təsdiq edib. Ölkəni Rusiya ilə çox əsrlik qonşuluq və dostluq bağları əlaqələndirir. Bu barədə Trend Praym-Nyusa istinadən xəbər verir.

Vyaçeslav Kovalenko sentyabr ayında məsləhətləşmələr üçün Moskvaya çağırılıb. RF XİN başçısı Sergey Lavrov ötən cümə axşamı telefonla gürcü həmkarı Gela Bejuaşviliyə məlumat verib ki, ötən il sentyabrın sonunda iki ölkə arasındakı münasibətlərin mürəkkəbləşməsi səbəbindən geri çağırılmış səfir və Rusiya diplomatik missiya əməkdaşları Tbilisiyə qayıdır.

"Gürcü tərəfi bu qərarı təqdir edib", - deyə Gürcüstan XİN-dən Praym-Nyusa məlumat verilib.

Xəbər lenti

Xəbər lenti