...

İtaliyanın baş naziri Türkiyədə onun Avropa İttifaqına daxil olma perspektivlərini müzakirə edəcək

Dünya xəbərləri Materials 22 Yanvar 2007 11:08 (UTC +04:00)

Baş nazir Romano Prodi bazar ertəsi Türkiyəyə səfərə gələcək.

İtaliyanın "Ansa" agentliyi bildirir ki, Prodi Ankra və İstanbulda Türkiyənin Avropa İttifaqına daxil olması və Kipr problemi ilə bağlı məsələləri, eləcə də iqtisadi münasibətlər də daxil olmaqla, ikitərəfli münasibətləri müzakirə edəcək.

İtaliyalı baş nazir türkiyəli baş nazir Tayyib Ərdoğan, ölkə prezidenti Ahməd Necət Sezər, həmçinin parlament rəhbəri Bulənt Arinklə görüşməyi planlaşdırıb.

"RİA Novosti" agentliyinə istinadən Trend xəbər verir ki, çərşənbə axşamı italiyalı baş nazirin türkiyəli baş nazirlə birgə Ankara-İstanbul avtostradası altında İtaliya firması tərəfindən tikilmiş "Bolu" tunelinin açılışında iştirak edəcəyi gözlənilir.

İtaliya Türkiyənin Aİ-yə daxil olmasının qəti tərəfdarlarındandır. Yanvarın 9-da İtaliya prezidenti Corco Napolitano Romada bildirib: "Ankaranın Aİ-yə daxil olması insani dəyərlərin gözlənilməsinə və fudamental azadlıqlara əsaslanan ümumi demokratiya məkanının genişlənməsinə və möhkəmlənməsinə əhəmiyyətli bir bəhrə gətirə bilər".

Xəbər lenti

Xəbər lenti