...

İndoneziya hökuməti "quş qripi" təhlükəsi altında Cakartada ev quşlarının öldürülməsinə başlayıb

Dünya xəbərləri Materials 22 Yanvar 2007 16:50 (UTC +04:00)

İndoneziya hökuməti Cakarta sakinlərinin evlərinin həyətlərində saxladığı ev quşlarının məhv edilməsinə başlayıb. Səhiyyə Nazirliyinin nümayəndəsi Edi Setiartonun sözlərinə görə, bu gün ən azı 10 min toyuq, ördək və göyrəçin öldürüləcək.

Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib: "Paytaxtda ev quşu qalmamalıdır". Onun sözlərinə görə, yanvarın sonlarına kimi Cakartada ev şəraitində yetişdirilmiş təxminən 1 mln. quş məhv ediləcək. "RBK"ya istinadən Trend xəbər verir ki, bu yolla İndoneziya hökuməti "quş qripi"nin yayılmasının qarşısını almağı düşünür.

"Associated Press" agentliyi xəbər verir ki, son 2 həftədə İndoneziyada "quş qripi"ndən 5 nəfər ölüb.

Xəbər lenti

Xəbər lenti