...

Tengiz yatağında neft hasilatı 16 milyon tona qədər artacaq

Dünya xəbərləri Materials 24 Yanvar 2007 11:24 (UTC +04:00)

Bu il "Tengizşevroyl" BM tərəfindən Tengiz yatağında neft hasilatı 13 milyondan 16 milyona çatdırılacaq, 2008-ci ildə isə 25-26 mln. tona çatdırılacaq. Bu barədə "QazMünayQaz" milli neft-qaz şirkətinin prezidenti Uzakbay Karabalin "Samruk" dövlət holdinqinin geniş kollegiya iclasında çıxış edərkən bildirib.

Neft hasilatı həcminin artması ikinci nəsil layihələrin tətbiqi və xam qazın hasil edilməsi ilə izah edilir. Trend in Astana müxbiri xəbər verir ki, şirkət prezidentinin sözlərinə görə, "QMQ"-ın bundan əldə edəcəyi mənfəət 390 milyon ABŞ dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti