...

Cənubi Koreya prezidenti hakim partiyanın sıralarını tərk etməyə hazırdır

Dünya xəbərləri Materials 25 Yanvar 2007 11:52 (UTC +04:00)

Cənubi Koreya prezidenti No Mu Xen bildirb ki, hakim "Bizim partiya"nın sıralarını tərk etməyə hazırdır, əgər həmin partiya belə bir təkliflə ona müraciət edərsə. "Associated Press" agentliyi xəbər verir ki, prezidentin sözlərinə görə, bu addımı partiyada mövcud olan daxili ziddiyətlərin aradan qaldırılması məqsədilə ata bilər.

O bildirib: "Əgər kimsə mənə görə "Bizim partiya"nın sıralarını tərk etmək istəyirsə, mən partiyadan çıxmağa hazıram".

Bundan öncə "Bizim partiya"nın bir neçə üzvü dekabrda keçirilən prezident seçkisi ərəfəsində partiya sıralarını tərk edərək öz partiyalarını yaradacaqları barədə bildirib. "RBK"ya istinadən Trend bildirir ki, onların əsas məqsədi dövlət başçısı ilə əlaqəsi olmayan yeni bir partiya yaratmaqdır. Partiyadan çıxmaq No Mu Xenin idarəçiliyinə bilavasitə heç bir təsir göstərməyəcək.

Xəbər lenti

Xəbər lenti