...

Rusiya və Qazaxıstan parlamentariləri Peterburqda görüşəcəklər

Dünya xəbərləri Materials 25 Yanvar 2007 15:16 (UTC +04:00)

Peterburqda MDB PAA-nın mənzil qərargahında Rusiya Dövlət Dumasının əməkdaşlıq üzrə palatalararsı parlament komissiyası və Qazaxıstan parlamenti məclisinin görüşü keçiriləcək.

MDB PAA mətbuat xidmətindən "RİA Novosti" agentliyinə bildiriblər ki, görüşdə Rusiya və Qazaxıstan parlamenti nümayəndələrinin, eləcə də hər iki ölkədən ekspertlərin iştirak edəcəyi gözlənilir. Bunların arasında hər iki ölkənin təbii ehtiyatlar, təhsil və elm nazirliklərinin, aparıcı ali elm müəssisələrinin rəhbərləri var.

Trend xəbər verir ki, iki gün ərzində onlar Peterburqda ətraf mühitin mühafizəsi və təhsil sahəsində qanunvericiliyin təkmilləşdiriliməsi məsələlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti