...

FƏTH və HƏMAS hökumətin formalaşdırılması danışıqlarını dayandırıb

Dünya xəbərləri Materials 27 Yanvar 2007 12:32 (UTC +04:00)

FƏTH və HƏMAS iki Fələstin hərəkatının tərəfdarları arasında baş vermiş qanlı toqquşmadan sonra milli birlik hökumətinin formalaşdırılması üzrə danışıqları dayandırıb.

İslamçıların saytında yerləşdirilmiş məlumata əsasən, "HƏMAS milli birlik hökumətinin formalaşdırılması üzrə dialoq çərçivəsində məsləhətləşmələri dayandırıb". Bununla belə HƏMAS fələstinlilər arasındakı yeni zoraklığın məsuliyyəti "FƏTH hərəkatında olan antihökumət çevrilişinin tərəfdarları" üzərinə qoyub.

"RİA-Novoti"yə istinadən Trend məlumat verir ki, öncə FƏTH-in nümayəndələri fələstinlilərarası danışıqlarda iştirakına son qoymaq qərarını bəyan edib. Dialoqa son qoymaq qərarına səbəb Fələstin ərazilərində 12 nəfərin həlak olduğu və 30 nəfərin yaralandığı bir sıra toqquşmaların baş verməsi olub. Qruplaşmalar arası toqquşmalar cümə axşamı bomba partlayışı nəticəsində Fələstin Daxili İşlər Nazirliyinin xüsusi şöbəsinin, HƏMAS hərəkatının tabeliyində olan əsgərinin həlak olmasından sonra baş verib.

Qaz sektorunda cümə günü axşam naməlum silahlılar Fələstin xarici işlər nazirinin iqamətgahını və HƏMAS hərəkatının liderlərinin biri Mahmud əz-Zəharı qranatomyotdan atəşə tutub.

Milli birlik hökumətinin fomalaşdırılması üzrə danışıqların bərpa olunması bu yaxınlarda Dəməşqdə Fələstin milli adminstrasiyasının rəhbəri Mahmud Abbas ilə HƏMAS siyasi bürosunun rəhbəri Xaled Maşaalyanın görüşündə mümkün olub.

Belə hökumətin formalaşdırılması Qəzza sektoru və İordan çayının qərb sahili əhalisinin fələstinlilərə qoyduğu beynəlxalq təcridolunmadan, humanitar fəlakətlərdən yaxa qurtarmağa kömək edə bilər.

Parlament seçkilərində qələbə HƏMAS hərəkatına muxtar qurumda müstəqil hökumət formalaşdırmağa imkan verdiyi vaxtda - 2006-cı ilin əvvəlindən fələstinlilər beynəlxalq iqisadi blokada şəraitində canlanıb. Bir sıra dövlətlər qərbdə terror təhkilatı kimi hesab olunan HƏMAS-la iş birliyindən boyun qaçırır.

Hökumətin birillik fəaliyyəti dövründə HƏMAS beynəlxalq aləmin formal olaraq İsrailin mövcudluğunu tanımaq və yəhudi dövləti ilə əvvəl əldə olunmuş razılaşmalara əməl etmək barədə tələbləri ilə razılmayıb.

Bu Yaxın Şərqdə sülh prosesinin bərpa olunmasına tərəfdar olan FƏTH lideri Mahmud Abbasın siyasəti ilə ziddiyyət təşkil edir.

Xəbər lenti

Xəbər lenti