...

Skotland –Yard A.Litviyenkonun ölümündə Rusiyanın xüsusi xidmətini ittiham edir

Dünya xəbərləri Materials 27 Yanvar 2007 14:30 (UTC +04:00)

Aleksandr Litviyenkonun qətlini araşdıran Skotland-Yardın müstəntiqləri belə bir nəticəyə gəliblər ki, qətl Rusiyanın hökumət orqanları tərəfindən təşkil olunub və RF Xüsusi xidməti tərəfindən həyata keçirilib. Bu barədə ABC News Britaniya polisində adı çəkilməyən mənbələrə istinadən xəbər verir. Amerika telekanalının məlumatına görə, müstəntiqlər işin əsas sübutunu - Londonun Millennium otelinin restoranının polonium-210 maddəsi ilə zəhərlənmiş A.Litviyenkonun çay içdiyi fincanı tapa biliblər. ABC News mənbəsi təsdiq edir ki, RF FTB təsdiq edib ki, sui-qəsd çox pis təşkil olunub, belə ki, keçmiş əməkdaşı yalnız ikinci cəhddə zəhərləmək mümkün olub.

Bu zaman, Britaniyanın kəşfiyyat xidmətlərinin məlumatına görə, Rusiyanın hökumət orqanları gözləmirdilər ki, zəhər - radioaktiv poloniumu identifikasiya və aşkar etmək mümkün olacaq. Skotland-Yard əmindir ki, iş açılıb və A.Litviyenkonun keçmiş "həmkarı", indi isə iş adamı Andrey Luqovıya qarşı ittiham irəli sürmək niyyətindədirlər. O, Londonda hesab edildiyi kimi, onun ölümcül polonium dozası aldığı vaxt - 1 noyabr 2006-cı il tarixində Millennium otelində A.Litviyenko ilə görüşüb. Rusiyanın hökumət orqanları dəfələrlə bu iş üzrə keçən hansısa vətəndaşını vermək fikrində olmadıqlarını bildirsələr də, Britaniyanın hökumət orqanları Moskvaya A.Luqovının ekstradisiyası üçün sorğu göndərmək istəyirlər. Bu barədə Trend xəbər verir.

Xatırladaq ki, 23 noyabr 2006-cı il tarixində Londonda polonium - 210 radioaktiv izotopun ölümcül dozası ilə zəhərlənmə nəticəsində vəfat etmiş A.Litviyenko zəhərlənmədən əvvəl mehmanxanada öz köhnə dostu A.Luqovı ilə görüşüb. 2006-cı ilin dekabr ayında RF Baş prokurorluğu Skotland-Yard əməkdaşları ilə birgə zəhərlənməyə dair iş üzrə şahid qismində A.Luqovını dindiriblər.

Xəbər lenti

Xəbər lenti