...

Qazaxıstan prezidenti Almaniya və Ukraynaya səfər edəcək

Dünya xəbərləri Materials 29 Yanvar 2007 11:15 (UTC +04:00)

Trend in Astana müxbirinə Qazaxıstan XİN mətbuat xidmətindən bildirilblər ki, bu həftə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almaniya və Ukraynaya səfər edəcək. N.Nazarbayevin Almaniyaya səfəri 29 yanvardan fevralın 1-nə qədər sürəcək.

Respublika XİN-nin rəsmi nümayəndəsi Erjan Aşikbayev səfər ərəfəsində jurnalistlərə bildirib: "Qazaxıstan prezidentinin AFR kansleri ilə ikitərəfli danışqlar aparacağı, eləcə də federal prezident Xorst Kelerlə və Norbert Lammertlə görüşləri nəzərdə tutulur".

Qazaxıstan XİN məlumatına əsasən Almaniya Qazaxıstanın ticarət tərəfdaşları arasında altıncı yeri tutur. 2004-cü ildə iki ölkə arasında mal dövriyyəsi 1,2 mlrd. dollar, 2005-ci ildə 1,7 mlrd. dollar, 2006-cı ilin yanvar-noyabr aylarında 2,2 mlrd. dollar təşkil edib.

Bu səfərdən sonra fevralın 1-2-də N.Nazarbayevin Ukraynaya səfəri olacaq.

Nümayəndə həmçinin bildirib ki, Ukraynada Qazaxıstan prezidenti Ukraynada Qazaxıstan İlinin təntənəli açılış mərasimində və hər iki ölkənin işçi dairələrinin biznes-forumunda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti