...

Baş nazir: Ukrayna – AB üçlüyünün iclası AB ilə 10 il müddətinə yeni geniş iclasın hazırlanmasına start verdi

Dünya xəbərləri Materials 7 Fevral 2007 15:32 (UTC +04:00)

Ukrayna - AB üçlüyünün iclası 10 il müddətinə yeni Ukrayna-AB geniş sazişin hazırlanmasına start verdi.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə hökumət iclasının əvvəlində Ukraynanın baş naziri Viktor Yanukoviç məlumat verib.

"Faktiki olaraq 10 il müddətinə Ukrayna-AB yeni geniş sazişin hazırlanmasına start verilib", -deyə baş nazir bildirib.

O qeyd edib ki, martın 6-da bu məsələ üzrə Brüsseldə konkret iş başlayacaq.

Baş nazirin sözlərinə görə, bundan sonra Ukrayna-AB sentyabr sammitinə hazırlaşmaq lazımdır.

"Yəni mandat alınıb və biz irəli hərəkət etməliyik. Biz hamımız bu geniş sazişin hazırlanmasında iştirak edəcəyik", - deyə V.Yanukoviç bildirib.

Xəbər lenti

Xəbər lenti