...

Gürcüstan prezidenti Türkmənistanın yeni prezidentinin inauqurasiya mərasimində iştirak edəcək

Dünya xəbərləri Materials 12 Fevral 2007 18:13 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili fevralın 13-də Türkmənistana yola düşür, orada ölkə prezidentinin inauqurasiya mərasimində iştirak edəcək. Bu barədə Trend in Tbilisi müxbirinə Gürcüstan prezidenti mətbuat spikerinin müavini Alana Qaqloyeva bildirib. Prezidentlə bərabər Türkmənistana Gürcüstan hökuməti nümayəndələri də yola düşəcək.

Nümayəndə heyətinin tərkbi dəqiqləşdirilir. Ölkənin yeni prezidentinin inauqurasiyası seçkilərin nəticələri elan ediləcək Türkmənistan Milli Məclisinin iclasından sonra fevralın 14-də keçiriləcək. Gürcüstan prezidenti Aşqabaddan Dubaya (BƏƏ) yola düşəcək. Səfər proqramı hələ dəqiqləşdirilir. Ümumilikdə Mixail Saakaşvili xaricdə beş gün olacaq.

Xəbər lenti

Xəbər lenti