...

2007-ci ilin aprelində ATƏT Ermənistanda melanj tipli raket yanacağı komponentinin emalı prosesini bərpa etməyi planlaşdırır

Dünya xəbərləri Materials 15 Fevral 2007 17:03 (UTC +04:00)

2007-ci ilin aprelində ATƏT Ermənistanda melanj tipli raket yanacağı komponentinin emal prosesini bərpa etməyi planlaşdırır.

www.newsarmenia.ru agentliyinə ATƏT-in Yerevan ofisindən təqdim olunan ATƏT-in 2006-cı ildə fəaliyyətinin icmalına əsasən, əvvəlki plana görə, 2007-ci ilin avqustuna qədər Ermənistanda melanjın emalı prosesinin tamamlaması nəzərdə tutulub.

22 aprel 2004-cü ildə Ermənistanın müdafiə naziri Serj Sarkisyan ATƏT-in Yerevan bürosunun rəhbəri Vladimir Pryaxinə melanjın məhv edilməsinə texniki və maliyyə yardımı göstərməsi xahişi ilə müraciət edib. ATƏT müstəqil beynəlxalq ekspertlər tərəfindən hazırlanmış texniki mümkünlüyün analizindən başlayaraq, problemin mərhələli şəkildə həll olunmasına hazır olduğunu bildirib.

Trend in məlumat verir ki, 12 may 2006-cı il tarixində ATƏT-in baş katibi Mark Perren Brişambo Ermənistanın müdafiə naziri Serj Sarkisyanın dəvəti ilə Ermənistanın şimalında Kaltaxçi kəndində melanj tipli raket yanacağının emalı qurğusunun təntənəli açılış mərasimində iştirak edib.

Bu uzunmüddətli iqtisadi-ekoloji və hərbi-siyasi layihənin məqsədi təhlükəsiz ekoloji yolla 872 ton yüksək zəhərli və tez buxarlanan substansiyaların emal olunması ilə onları sahəlrin suvarılması üçün mineral gübrələrə çevirməkdir.

1 noyabr 2006-cı ilin məlumatlarına əsasən, qış tətilinə qədər 454 ton melanj məhv edilib (mövcud olan ehtiyatların təxminən 52%).

Proqram Ermənistanın müdafiə nazirliyinin tələbi əsasında 7 noyabr 2005-ci il tarixindən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti