...

BMT TŞ-nin İrana sanksiyaları mərhələli olacaq – ABŞ Dövlət Departamenti

Dünya xəbərləri Materials 3 Mart 2007 12:49 (UTC +04:00)

Hazırda Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa İrana qarşı hansı sanksiyaların tətbiq olunması və bu cəza tədbirlərinin parametrlərinin necə olacağı barədə qərara gəlirlər. Bu barədə dünən ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Şon Makkormak BMT Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü və Almaniya ilə telefon məsləhətləşmələrinin nəticələri barədə danışarkən bəyan edib.

İTAR-TASS -ın məlumatına əsasən, Makkormakın sözlərinə görə, İrana qarşı tətbiq olunması nəzərdə tutulan sanksiyalar mərhələli şəkildə olacaq. "Yeni sanksiyalar artıq fəaliyyətdə olan sanksiyaları tamamlayacaq", deyə Dövlət Departamentinin rəsmisi aydınlıq gətirib.

O, bəzi qərb KİV-in BMT-nin TŞ-nin İrana qarşı sanksiylarının Rusiyanın süni olaraq ləngitməsi ilə bağlı məlumatlarını qəti olaraq təkzib edib. "Bizim rusiyalı həmkarlarımızla yaxşı müzakirələrimiz olub. Əvvəlcə dövlət katibi Raysın Rusiyanın xarici işlər naziri Lavrovla, daha sonra Nik Bernsin Sergey Kislyakla danışıqları olub", deyə Makkormak qeyd edib.

Xəbər lenti

Xəbər lenti