...

ABŞ və Şimali Koreya münasibətlərin normallaşdırılması barədə danışıqlara başlayıblar

Dünya xəbərləri Materials 6 Mart 2007 13:49 (UTC +04:00)

RBK-nın verdiyi məlumata görə, ABŞ və Şimali Koreya 1950-1953-cü illər Koreya müharibəsindən sonra son dərəcə gərgin qalan münasibətlərin normallaşdırılması barədə iki günlük danışıqlara başlayıblar.

ABŞ-ın BMT-dəki nümayəndəliyinin idarəsində keçəcək danışıqlarda ABŞ dövlət katibinin müavini Kristofer Xill və KXDR-nın xarici işlər naziri əvəzi Kim Qe Qvan da iştirak edəcəklər. Reuters -in məlumatına görə, son 7 ildə bu Amerika və Şimali Koreya dövlət nümayəndələrinin ABŞ-da ilk yüksək səviyyəli görüşüdür.

Vaşinqton və Pxenyan arasında münasibətlərin normallaşdırılması barədə danışıqlar 13 fevral 2007-ci ildə Pekində altıtərəfli yekun danışıqlarında bağlanan KXDR-in nüvə silahsızlaşdırılması haqqında razılaşma əsasında aparılır.

Xəbər lenti

Xəbər lenti