...

Türkiyədə gecə klubunun damının uçması nəticəsində 3 nəfər dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb

Dünya xəbərləri Materials 6 Mart 2007 19:46 (UTC +04:00)

Türkiyədəki gecə klublarından birinin damının uçması nəticəsində 3 nəfər dünyasını dəyşib, daha 5 nəfər isə xəsarət alıb. RBK - nin verdiyi məlumata görə, hadisə ötən gecə Urqup şəhərinin yaxınlığında, turistlərin çox sevdiyi Kappadokiya məhəlləsində baş verib.

Harem Disco-nun ətəyində yerləşdiyi dağdan qaya parçası qırılaraq binanın damına düşüb. Associated Press-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, xilasetmə dəstələri xüsusi itlərin köməyi ilə dağıntılar altından 3 nəfərin meyidini çıxarıblar. 5 nəfər qonaq isə yüngül xəsarətlərlə xilas olub.

Xəbər lenti

Xəbər lenti