...

Ermənistan XİN rəhbəri İsveçrənin prezidenti ilə ikitərəfli münasibətlərin vəziyyətini müzakirə edib

Dünya xəbərləri Materials 14 Mart 2007 13:08 (UTC +04:00)

Ermənistan XİN rəhbəri Vardan Oskanyan Berndə İsveçrə Konfederasiyasının prezidenti, xarici işlər federal departamentinin rəhbəri Mişli Kalmi-Reylə ikitərəfli münasibətlərin vəziyyətini və İsveçrənin Ermənistanın inkişafı proqramlarında, o cümlədən kənddə kasıblığın aradan qaldırılması proqramında iştirakını müzakirə edib.

Ermənistan XİN-in mətbuat və informasiya idarəsindən " Novosti-Armeniə " agentliyinə verilən məlumata əsasən, tərəflər Ermənistan xarici siyasət idarəsinin rəhbərinin iştirak etdiyi BMT-nin Cenevrə ofisində keçirilən insan haqları üzrə Şuranın sessiyasına toxunub. Həmsöhbətlər həmçinin Ermənistan-Türkiyə münasibətlərinin indiki vəziyyəti və inkişaf perspektivlərini də müzakirə edib.

Ermənistanın XİN rəhbəri İsveçrə prezidentini Qarabağ probleminin sülh yolu ilə həll olunması prosesi ilə bağlı bu gün Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü barədə məlumatlandırıb.

Günün ikinci yarısında Ermənistan XİN rəhbəri İsveçrənin erməni icmasının nümayəndələri ilə görüşüb və onların erməni kəndlərinin inkişafı proqramında praktiki inkişaf imkanlarını müzakirə edib.

Xəbər lenti

Xəbər lenti