...

2006-cı ildə Ukrayna prezidentinin gəliri 4 dəfə – 226 min dollaradək artıb

Dünya xəbərləri Materials 17 Mart 2007 11:41 (UTC +04:00)

2006-cı ildə Ukrayna prezidenti Viktor Yuşenkonun gəliri 2005-ci illə müqayisədə 4 dəfə - 226 min dollaradək artıb. Dövlət başçısının bəyanatını Ukrayna prezidentinin katibliyi elan edib. O cümlədən elm, təhsil, mədəni fəaliyyət və qonorarlardan gəlir 100 min dollar təşkil edib. RBK .-nın məlumatına görə, Yuşenkonun əmək haqqı 97 min dollardır, qalanlarını isə qazanc payı, faiz və s. təşkil edir.

Yuşenkonun hesabı 265 min dollardır. Dövlət başçısının adına 656,7 kvm meydanlı yaşayış evi, bunun 371,9 kvmi mənzil olmaqla və 131 min 385 kvm torpaq sahəsi qeyd edilib. Prezident və onun ailəsi nəqliyyat vasitələrinə sahib deyillər, ancaq 2006-cı ildə Yuşenkonun həyat yoldaşı Yekaterina ona qədim sovet motosiklı hədiyyə edib.

2005-ci ildə Ukrayna prezidentinin gəliri 57 min dolları bir az ötüb, 2004-cü ildə - bu vəzifəyə seçilməmişdən əvvəl 12 min dolları ötüb.

Xəbər lenti

Xəbər lenti