...

Gürcüstan Hərbi Hava Qüvvələrinin komandanı dəyişdirilib

Dünya xəbərləri Materials 23 Mart 2007 14:47 (UTC +04:00)

Gürücüstan, Tiflis/ Trend müxbir N.Kirçixaliya/ Polkovnik David Nairaşvili Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verib.

Gürcüstanın Müdafiə Nazirliyindən Trend ə verilən məlumata görə Nairaşvili bu vəzifəyə 21 mart 2007-ci ildə Gürcüstan prezidentinin 123 nömrəli əmri ilə təyin olunub.

David Nairaşvili bu vəzifəyə təyin olunana qədər "Delta" hərbi elmi-texniki mərkəzinə rəhbərlik edib. 1992-ci ildən silahlı qüvvələrdə xidmət edir. İlk dəfə xidmətə Milli Qvardiyadan başlayıb. 2000-ci ildə Gürcüstan silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini, 2001-ci ildə isə NATO-nun mənzil-qərargahında Gürcüstan nümayəndəsi təyin olunub.

2005-ci ildə isə Nairaşvili yenidən Gürcüstan silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini, daha sonra isə "Delta" mərkəzinin rəhbəri təyin olunub.

Nairaşvili bu posta təyin olunana qədər isə Gürcüstan HHQ-nin komandanl vəzifəsini Alan Lakoev icra edib. Hazırda o, Su-25 eskadrilyasına rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti