Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/Ümumdünya İqtisadi Forumun (World Economic Forum) nəşr olunan illik siyahısında 2006-cı il ərzində qabaqcıl informasiya və kommunikasiya sisitemlərinin istifadəsinin səviyyəsinə görə Türkiyə dünyanın 122 ölkəsi arasında 52-ci yeri tutub.
Bu siyahıda dünyada birinci yeri Danimarka tutub. İkinci yerdə İsveç, üçüncüdə Sinqapur göstərilib. Bu barədə Trend in Ankaradakı xüsusi müxbiri məlumat verib.
İnformasiya sistemlərinin istifadəsi sahəsində liderlik edən dövlətlər arasında həmçinin Finlandiya, İsveçrə, Niderland, ABŞ, İslandiya və Böyük Britaniya da yer alıb.