...

Ali Rada "digər ölkələrin hərbi qüvvələrinin hərbi təlimlərdə iştirak üçün Ukrayna ərazisinə buraxılması haqqında" qanun qəbul edib

Dünya xəbərləri Materials 6 Aprel 2007 17:39 (UTC +04:00)

Ukrayna, Kiyev /müxbir. Trend Z.Novosvitski/ Ukrayna Ali Radası "Ukrayna prezidenti Viktor Yuşenkonun beynəlxalq hərbi təlimlərdə iştirak etmək üçün digər ölkələrin hərbi qüvvələrinin Ukrayna ərazisinə buraxılması barədə 2007-ci qərarının təqdir edilməsi barədə" qanun qəbul edib.

Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi məlumata görə, Ukrayna Ali Radasının sədri Aleksandr Moroz bildirib ki, həmin məsələnin müzakirəsi zamanı Ukraynanın müdafiə naziri Anatoli Qriçenko bu qanun layihəsini müdafiə etmək xahişilə ona müraciət edib.

Qanun Ukrayna ərazisinə digər ölkələrin hərbi hissələrinin buraxılması qaydalarını tənzimləyir.

Məlum olduğu kimi, aprelin 4-də Ali Rada bu qanun layihəsini dəstəkləməmişdi. Qanun layihəsinin müzakirəsi zamanı bəlli olub ki, vəziyyətin çətinləşdiyi zamanda hərbi təlim keçmək üçün digər ölkələrin hərbi qüvvələrini Ukrayna ərazisinə buraxmaq məqsədəuyğun deyil.

Xəbər lenti

Xəbər lenti