...

Berlində yeniləşən enerji mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Dünya xəbərləri Materials 18 Aprel 2007 14:30 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Almaniya Avropa Birliyində rəhbərliyi çərçivəsində aprelin 19-da Berlində "Yeniləşən enerji, elektrik enerjisinin effektiv və iqtisadi istifadəsi. İnnovasiya siyasətinin alətləri və Avropa Birliyinin Cənub və Şərqdə yerləşən qonşu dövlətləri üçün maliyyələşdirmə" mövzusunda nazirlərin konfransını keçirir. Almaniyanın Gürcüstandakı səfirliyindən məlumat verilib ki, konfransın təşkilatçıları Almaniya hökuməti və Avropa Komissiyası ilə birgə AYİB-dir.

Press-relizdə bildirilidiyi kimi, Almaniya AB və böyük səkkizlikdə rəhbərlik dövründə konfrans üçün prioritet mövzu seçib. Konfransın əsas məqsədlərindən biri yeniləşən enerji barədə məlumatın geniş yayılması və enerjinin effektiv və iqtisadi istifadəsi sahəsində dövlətlərlə əməkdaşlıqdır. Görüşün məqsədi siyasi, iqtisadi və nizamedici şərtlər çərçivəsində enerjinin effektiv istifadəsi barədə dialoqun dərinləşdirilməsidir.

Konfransda AB-in üzv dövlətlərinin və qonşu dövlətlərin energetika və ətraf mühitin mühafizəsi nazirləri, enerji paylayıcı müəssisələrin, nizamedici təşkilatların, sənaye və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edəcək.

Konfransda Gürcüstan tərəfini energetika naziri Nika Qilauri və ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar nazirinin müavini Zaal Lomtadze təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti