...

Gürcü baş naziri bazar günü Hyuston klinikasından evə buraxılacaq

Dünya xəbərləri Materials 27 Aprel 2007 13:23 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstanın baş naziri Zurab Noqaideli bu bazar günü Hyustonun Müqəddəs Luki (ABŞ) klinikasından evə buraxılacaq. Baş nazirin məsləhətçisi Giya Zurabişvilinin bildirdiyinə görə, baş nazir Tbilisiyə gələn həftənin sonunda qayıtmaq niyyətindədir.

Aprelin 19-da baş nazirin ürəyində aparılan əməliyyat nəticəsində ürək qapağını titandan olan analoqla əvəz ediblər, həmçinin zərurət yarandıqda baş nazirin ürəyini fəaliyyətə gətirəcək kiçik ölçülü defirbrilyator quraşdırılıb. Həkimlər qeyd edib ki, Noqaideli hazırda özünü yaxşı hiss edir, lakin ona işlə yüklənməməyi məsləhət görürlər.

Amerikalı həkimlər qeyd edib ki, Noqaidelidə anadangəlmə ürək qüsuru olub və bu da ona normal yaşamaq və işləməyə mane olurdu. Ürək qüsuru olması səbəbindən ona lazımi miqdarda qan çatmırdı və bu, nazirin nəfəs aparatına mane olurdu.

Qeyd etmək lazımdır ki, Noqaideli hər 7-8 aydan bir tibbi müayinə üçün ABŞ-a gəlməlidir.

Xəbər lenti

Xəbər lenti