...

CXP Türkiyə Konstitusiyasına dəyişiklikləri tənqid atəşinə tutub

Dünya xəbərləri Materials 12 May 2007 12:14 (UTC +04:00)

Türkiyə, Ankara /müx. Trend A.Ələsgərov/ Türkiyenin müxalifətçi Cumhuriyyət Xalq Partiyasının (CXP) lideri Dəniz Baykal ölkə parlamentinin Konstitusiyaya etdiyi dəyişiklikləri tənqid atəşinə tutub. Onun fikrincə, prezidentin ümumxalq səsverməsi ilə müəyyənləşdirilməsi təfriqələrə səbəb olacaq və nəticədə bu, Türkiyəyə böyük fəlakətlər gətirəcək.

Baykal qeyd edib ki, ümumxalq səsverməsi ilə seçilən prezident ölkədə mövcud sistemə (simvolik prezident və parlament idarəçiliyi üsulu ) uyğun gəlməyəcək. CXP lideri Türkiyə prezidenti Əhməd Necdəd Sezərin mövqeyini dəstəklədiyini açıqlayıb. Qeyd edək ki, Sezər prezidentin ümumxalq səsverməsi ilə müəyyənləşdirilməsinin əleyhinə çıxış edib. Güman olunur ki, o, Konstitusiyaya dəyişikliklərə veto qoyacaq və müvafiq qanun layihəsini geri - parlamentə qaytaracaq.

Baykalın proqnozlarına əsasən, dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin parlamentə qaytarılması faktı deputatların böyük əksəriyyətinə müsbət təsir göstərəcək və sağlam düşüncə qalib gələcək. Onu da qeyd edək ki, hakim partiyadan olan deputatların bir qismi artıq ölkə xaricindədir.

Xəbər lenti

Xəbər lenti