...

Tbilisidə Gürcüstan parlamentinin eks-deputatı qətlə yetirilib

Dünya xəbərləri Materials 21 May 2007 15:36 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Bazar günü axşam Tbilisinin mərkəzində Gürcüstan parlamentinin eks-deputatı Quram Şaradze qətlə yetirilib. Tbilisi patrul polisindən verilən məlumata əsasən, qətl hadisəsi Vakedə Şanidze və Melikişvili küçələrinin kəsişməsində baş verib.

Naməlum şəxs Şaradzeyə yaxınlaşıb və beş güllə atəşi açıb. Güllələrdən biri Şaradzenin ürəyinə dəyib və o, yerindəcə keçinib. Patrul polisi atəş səsi eşidib və qaynar izlərlə təqib təşkil edib. Bir neçə dəqiqədən sonra onlar qətldə günahlandırılan şəxsi aşkar edib. O, silahlı müqavimət göstərib. Nəticədə cavab güləsi ilə çiynindən yaralanıb və saxlanılıb. Günahkarlandırılan şəxs xəstəxanaya çatdırılıb.

Polis onun şəxsiyyətini müəyyənləşdirib. O, 1977-ci il təvəllüdlü Giorgi Baratelidir. O, "Audensiya" studiyasında işləyib, son zamanlar isə "Rustavi-2" teleşirkətində "Gizli kamera" verilişində operator kimi çalışıb.

Qətlin motivləri barədə hələ məlumat verilmir. Qeyd etmək lazımdır ki, Şaradze hazırkı hakimiyyətə qarşı radikallıqla, prezident və hökumətə qarşı kəskin bəyanatlar səsləndirməklə fərqlənirdi.

Xəbər lenti

Xəbər lenti