...

Qüdsdə terror aktı törədilib

Dünya xəbərləri Materials 10 Avqust 2007 16:23 (UTC +04:00)
Qüdsdə terror aktı törədilib

İsrail, Qüds / Trend müxbir Y, Mişiyev/ Qüdsün Köhnə şəhərində cümə günü səhər terror aktı baş verib. "Ynet"in verdiyi məlumata görə, terror aktı Yaffiks darvazaları rayonunda, Nosrim küçəsində, Latın patriarxlığının yaxınlığında, Xristian məhəlləsində həyata keçirilib.

Ərəb milliyyətli bir nəfər "Ateret Xovanim" yeşivasının mühafizəçisininin əlindən tapancanı alaraq yaxınlıqdan ötən piyadalara nizamsız atəş açıb və mühafizəçiləndən birini qarın nayihəsi və ayağından yaralayıb. "Arutz şeva" agentliyinin insidentin şahidi, "Ateret Koanim" yeşivasınnı ravvinindən aldığı məlumata görə, terrorçu mühafizəçilərdən birinə bıçaqla xəsarət yetirib, tapancanı çıxarıb və atəş açmağa başlayıb. İkinci mühafizəçi təqib zamanı terrorçuya atəş açıb. Atışma nəticəsində 11 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti orta ağırdır, digərləri yüngül zədə alıblar. Zərərçəkmişlər xəstəxanaya çatdırılıb.

Məlumat İsrailin dairə polisi, general-mayor Aaron Franko tərəfindən təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti