...

Deputat: Ordumuz qədim Azərbaycan torpağı olan İrəvanı da azad etmək iqtidarındadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 16:58 (UTC +04:00)
Bu gün Azərbaycan öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü, ədaləti qorumaq istəyir.
Deputat: Ordumuz qədim Azərbaycan torpağı olan İrəvanı da azad etmək iqtidarındadır

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bu gün Azərbaycan öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü, ədaləti qorumaq istəyir. Amma Azərbaycana qarşı təzyiq daha çoxdur. Hesab edirəm ki, Qarabağda əli qana bulaşmış Serj Sarkisyana beynəlxalq təşkilatlar bir dəfə təzyiq göstərsələr, bu problem Qafqazda birdəfəlik həll olunar". Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, son günlər ərzində ermənilər atəşkəsi ciddi şəkildə pozaraq Azərbaycanın təmas xəttindəki mövqelərini intensiv atəşə tutublar: "Azərbaycan Ordusu bunun cavabını layiqincə verib. Azərbaycan Ordusunun kifayət qədər gücü var və nəinki Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını, hətta qədim Azərbaycan torpağı olan İrəvanı da azad etmək iqtidarındadır. Çox təəssüf ki, biz Ermənistanın arxasında duran beynəlxalq güclərlə də müharibə aparmaq məcburiyyətindəyik. Bunun region üçün nə qədər fəlakətlər yaradacağını hər kəs görür".

M.İbrahimqızı deyib ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin təznimlənməsi ilə məşğul olmalı olan ATƏT ikiüzlü, riyakar təşkilata çevrilib, ATƏT-in həmsədri olan ABŞ, Fransa və Rusiya isə ermənipərəst ölkələrdir.

Deputatın sözlərinə görə, Rusiya Ermənistanı dəstəkləyən, Fransa, ABŞ isə erməni lobbisinin ən güclü təzyiq etdiyi ölkələrdir: "Belə olan halda bu problem ədalət çərçivəsində necə həll oluna bilər?! Ona görə Prezident İlham Əliyev də deyir ki, biz özümüzə güvənməliyik. Prezident Azərbaycan xalqına arxalanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti