...

Pakistan müstəqilliyinin 66-ci ildönümünü qeyd edir

Siyasət Materials 14 Avqust 2013 10:57 (UTC +04:00)
14 avqust tarixi bütün dünyada adi bir təqvim günü hesab edilə bilər, lakin bu tarix hər bir pakistanlının həyatında böyük əhəmiyyətə malikdir. Bu gün Pakistan tarixində ən əlamətdar hadisələrdən biri- ölkənin Müstəqillik günüdür.
Pakistan müstəqilliyinin 66-ci ildönümünü qeyd edir

Azərbaycan, Bakı, 14 avqust /Trend/

14 avqust tarixi bütün dünyada adi bir təqvim günü hesab edilə bilər, lakin bu tarix hər bir pakistanlının həyatında böyük əhəmiyyətə malikdir. Bu gün Pakistan tarixində ən əlamətdar hadisələrdən biri- ölkənin Müstəqillik günüdür.

Pakistan 14 avqust 1947-ci il, İslam təqviminə əsasən isə Ramazan ayının 27-ci günündə təsis edilmişdir.

Pakistan saysız-heysabsız canlar bahasına müstəqilliyə qovuşmuşdur. Minlərlə ana öz övladlarını, həyat yoldaşlarını, uşaqlar öz valideynlərini itirmişlər. İnsanlar ona görə canlarını qurban vermişlər ki, gələcək nəsillər İslam şəriəti ilə həyatlarını qurmaqda çətinlik çəkməsinlər.

Daha ətraflı AZERNEWS onlayn qəzetinin 14 avqust çap buraxılışında oxuya bilərsiniz.
Qəzetin bu sayında oxucular İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana rəsmi səfərinin təfərrüatları, Azərbaycan Mərkəzi Bankının ölkənin makroiqtisadi göstəriciləri barədə son hesabatı, Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin tamamilə ləğv edilməsi mümkünlüyü, Azərbaycanın insan alveri qurbanları üçün sığınacaq təmin etməsi, Bakıda şəhərkənarı qatarların açılması, Azərbaycan filmlərinin Oskar mükafatına namizədliyinin irəli sürülməsi və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

Yeni sayda AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvik oxucuları öz fantastik fitnes məşqlərinin ikinci hissəsi ilə tanış edəcək.


"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti