Bakı. Səba Ağayeva - Trend:
İlkin məlumatlara görə, Fransanın Nitsa şəhərində törədilmiş terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə bu gün Trend-ə Azərbaycanın Fransadakı diplomatik missiyasından məlumat verilib.
Azərbaycanın Fransadakı səfirliyi Nitsa şəhərində baş vermiş terror aktı ilə bağlı növbəti məlumatları almaq üçün yerli hakimiyyətlə əlaqə saxlamaqda davam edir.
Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar.
Ölənlərin sayı 84 nəfərə çatıb.