...

İdman dırmanması üzrə “Ümid-1” yarışı sona çatdı (FOTO)

İdman Materials 6 Aprel 2015 11:05 (UTC +04:00)
İdman dırmanması üzrə “Ümid-1” yarışı sona çatdı
İdman dırmanması üzrə “Ümid-1” yarışı sona çatdı (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Aprelin 4-5-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında keçirilən idman dırmanması üzrə növbəti "Ümid-1" yarışı sona çatıb.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il "ClimBaku" idman dırmanması mərkəzində keçirilən bu ənənəvi yarışda Federasiyanın "Ekosport", "Salavat", "AMEAST", "Qərb Universiteti", "FHN", "Şahdağ", "Caspian", "Qax", "Babadağ", "Şahdağ Kompleksi", "Qafqaz", "Memarlıq", "Gənclik", "İrəli Extrim", "Aviasiya", "Climb club", "Rock Stone", "Kəmərqaya", "Daşkəsən", "Gəncə", "Zirvə", "Black Stone" və "AMA" klublarının idmançıları iştirak edib.

İki gün davam edən yarışda qaliblərə Kubok, medal və diplomlar təqdim olunub.

Çempionatın nəticələrini təqdim edirik:

Oğlanlar arasında:

1. Fərhadov İftixar ("Qafqaz")
2. Əliyev Rəşid ("Extralife")
3. Süleymanlı Cavid ("Extralife")

Qızlar arasında:

1. Əhmədova Leyla ("AMEAST")
2. Hüseynova Fidan ("AMEAST")
3. Səfərova Fatimə ("Qərb Universiteti")

Komandalararası yarışda ümumi nəticələrə görə "Qafqaz" komandası I, "Qərb Universiteti" komandası II, "Salavat" komandası isə III yerə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti